​Hindistanda traktor dərəyə yuvarlanıb, 10 nəfər ölüb

​Hindistanda traktor dərəyə yuvarlanıb, 10 nəfər ölüb Qəza nəticəsində 24 nəfər yaralanıb
Digər ölkələr
13 Mart , 2016 13:38
​Hindistanda traktor dərəyə yuvarlanıb, 10 nəfər ölüb

Bakı. 13 mart. REPORT.AZ/ Hindistanın Qucarat ştatında traktorun dərəyə düşməsi nəticəsində ən azı 10 nəfər ölüb, 24 nəfər yaralanıb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, insident şənbə günü baş verib.

Sürücü enişdə dönmə əməliyyatı edərkən nəqliyyat vasitəsinin idarəetməsini itirib və nəticədə 35 nəfəri daşıyan traktor dərəyə aşıb.

Məlumata görə, 10 nəfər hadisə yerində ölüb. Yaralılar yerli xəstəxanaya yerləşdirilib. Onların arasında vəziyəti ağır olanlar da var.

Son xəbərlər

Orphus sistemi