Hindistanda təyyarənin sərt eniş etməsi nəticəsində ölənlərin sayı artdı

Hindistanda təyyarənin sərt eniş etməsi nəticəsində ölənlərin sayı artdı Hindistanın “Air India Express” aviaşirkətinə məxsus “Boeing-737” təyyarəsinin Kerala ştatının Kojikode şəhərində sərt eniş etməsi nəticəsində 17 nəfər ölüb.
Digər ölkələr
1256
8 Avqust , 2020 00:20
Hindistanda təyyarənin sərt eniş etməsi nəticəsində ölənlərin sayı artdı

Hindistanın “Air India Express” aviaşirkətinə məxsus “Boeing-737” təyyarəsinin Kerala ştatının Kojikode şəhərində sərt eniş etməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Hindustan Times" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. 

Məlumata görə, ölənlər arasında təyyarənin şəxsi heyəti də var. Hadisə zamanı 140-dan çox sərnişin xəsarət alıb.

23:10

Hindistanın “Air India Express” aviaşirkətinə məxsus “Boeing-737” təyyarəsinin Kerala ştatının Kojikode şəhərində sərt eniş etməsi nəticəsində 17 nəfər ölüb.  

“Report” xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, xilasetmə əməliyyatı başa çatıb, zərərçəkənlərin hamısı təyyarədən çıxarılıb. “News 18” telekanalı hadisə zamanı 123 nəfərin xəsarət aldığını bildirib.

“Flightradar24” portalının məlumatına görə, sərt eniş edən “Boeing-737” təyyarəsi Dubaydan Kojikodeyə uçurmuş. “Airfleets” portalı isə bildirib ki, təyyarə 13 ildir istismardadır.

Orphus sistemi