Modi: Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb - YENİLƏNİB

Modi: Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb - YENİLƏNİB Hindistanın cənubundakı Kerala ştatında sürüşmə nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Digər ölkələr
30 İyul , 2024 12:44
Modi: Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 56 nəfərə çatıb - YENİLƏNİB

Hindistanın Kerala əyalətində yağan güclü yağışlar nəticəsində ən azı 56 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə Hindistanın Baş naziri Narendra Modi “X” sosial şəbəkəsindəki hesabında yazıb.

"Vayanad ərazisində sürüşmə xəbərləri məni kədərləndirdi. Zərərçəkənlərə kömək etmək üçün xilasetmə işləri davam edir", - o bildirib.

Qeyd edək ki, Vayanadda axtarış-xilasetmə işlərinə Hindistan təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə milli idarənin nümayəndələri, yanğınsöndürənlər və polis əməkdaşları cəlb olunub.

Yüzə yaxın insan xilas edilib.

10:15

Hindistanın cənubundakı Kerala ştatında sürüşmə nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli “Asianet” informasiya portalı məlumat yayıb. Daha əvvəl 24 ölü və ən azı 70 yaralının olduğu bildirilmişdi.

Ştatın səhiyyə naziri Vina Corcun jurnalistlərə verdiyi açıqlamaya görə, hadisə yerində körpü uçduğu üçün xilasedicilərin əraziyə girişi çətinləşib.

Son xəbərlər

Orphus sistemi