Hindistanda separatçılar hərbçilərə hücum edib, 3 əsgər ölüb

Hindistanda separatçılar hərbçilərə hücum edib, 3 əsgər ölüb İlkin ehtimala görə, hücumun arxasında Assam “Milli Azadlıq Birliyi Cəbhəsi” qruplaşmasının durduğu ehtimal edilir
Digər ölkələr
19 Noyabr , 2016 16:49
Hindistanda separatçılar hərbçilərə hücum edib, 3 əsgər ölüb

Bakı. 19 noyabr. REPORT.AZ/ Hindistanda separaçı silahlıların hərbçilərə hücumu nəticəsində 3 əsgər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Assam ştatının polisi bildirib.

Hücum Tinsukiya dairəsinin Diqboi şəhərində olub.

“Onlar yola əldəqayırma partlayıcı düzüblər. Partlayış baş verəndə silahlılar hərbi konvoyu atəşə tutub”, - deyə Hindistan ordusunun nümayəndəsi polkovnik-leytenant Sunit Nyiton bildirib.

Məlumata görə, hücumun arxasında Assam “Milli Azadlıq Birliyi Cəbhəsi” qruplaşmasının durduğu ehtimal edilir.

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında bir neçə separatçı qruplaşma fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi