Yuxarı
    Bağlamaq

    ​Hindistanda 19 nəfəri sel aparıb

    Yerli hökumət hadisə nəticəsində ölənlərin ailəsinə 11,4 min dollar yardım ediləcəyini açıqlayıb

    Bakı. 11 noyabr. REPORT.AZ/ Hindistanın cənubunda Tamilnad ştatında son sutka ərzində baş verən leysan və daşıqınlar nəticəsində azı 19 nəfər ölüb. 

    "Report" yerli mətbuata istinadən xəbər verir ki, ən çox insan Kuddalor şəhərində təbii fəlakətin qurbanı olub. Orada 15 nəfəri sel aparıb. Daha bir neçə nəfər isə ştatın ayrı-ayrı şəhərlərində tikintinin uçması nəticəsində həyatını itirib.

    Yerli hökumət hadisə nəticəsində ölənlərin ailəsinə 11,4 min dollar yardım ediləcəyini açıqlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi