Hindistanda rekord sayda insanda koronavirus aşkarlandı

Hindistanda rekord sayda insanda koronavirus aşkarlandı Məlumata görə, hazırda xəstəxanalarda 390 453 pasiyent müalicə alır.
Digər ölkələr
20 İyul , 2020 10:49
Hindistanda rekord sayda insanda koronavirus aşkarlandı
0 : 00
0 : 00

Hindistanda daha 40 425 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.

Məlumata görə, son 24 saatda qeydə alınan yoluxma sayı ölkə üzrə rekorddur.

Bildirilib ki, Hindistanda yoluxmaların ümumi sayı 1 milyon 118 mini ötüb. Ölkədə son sutkada 681 nəfər pandemiyanın qurbanı olub. Beləliklə, koronavirusdan ölənlərin sayı 27 497 nəfərə çatıb.

Məlumata görə, hazırda Cənubi Asiya ölkəsində 390 453 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi