Hindistanda qatarın relsdən çıxması nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB

Hindistanda qatarın relsdən çıxması nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB Bundan əvvəl 12 nəfərin yaralandığı bildirilirdi
Digər ölkələr
7 Dekabr , 2016 08:33
Hindistanda qatarın relsdən çıxması nəticəsində 2 nəfər ölüb - YENİLƏNİB

Bakı. 7 dekabr. REPORT.AZ/ Hindistanda sərnişin qatarının iki vaqonunun relsdən çıxması nəticəsində ən azı iki nəfər ölüb, 10-a yaxın insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri məlumat yayıb.

***01:38

Hindistanın Assam ştatında "Capital Express" sərnişin qatarının iki vaqonunun relsdən çıxması nəticəsində 12 nəfər yaralanıb.

"Report" NDTV telekanalına istinadən xəbər verir ki, hadisə zamanı qatarın lokomotivi və ona bitişik vaqon yoldan çıxıb.

Məlumata görə, bütün yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan üçü ağır vəziyyətdədir. İnsidentin səbəbləri hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi