Hindistanda polis həmkarlarına atəş açıb, 4 nəfər ölüb, 1-i yaralanıb

Hindistanda polis həmkarlarına atəş açıb, 4 nəfər ölüb, 1-i yaralanıb Hadisə Çxattisqarx ştatında baş verib
Digər ölkələr
10 Dekabr , 2017 12:44
Hindistanda polis həmkarlarına atəş açıb, 4 nəfər ölüb, 1-i yaralanıb

Bakı. 10 dekabr. REPORT.AZ/ Hindistan hüquq-mühafizə orqanlarının anti-terror bölməsinin əməkdaşı Çxattisqarx ştatında öz həmkarlarını güllələyib.

"Report" "Indian Express" nəşrinə istinadən xəbər verir ki, nəticədə 4 nəfər ölüb, daha bir asayiş keşikçisi yaralanıb.

Sant Sumar adlı polis həmkarlarından biri ilə mübahisədən sonra tüfəngdən atəş açıb. Onun saxlanıldığı bildirilir.

Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi