Hindistanda partlayış törədilib, 15 hərbçi ölüb

Hindistanda partlayış törədilib, 15 hərbçi ölüb Hindistanın Məhəraştra ştatı Qadçiroli şəhəri yaxınlığında əldəqayırma partlayıcı qurğu vasitəsilə təhlükəsizlik qüvvələrinə məxsus avtomobilin havaya uşurulması nəticəsində 15 hərbçi və maşın sürücüsü həlak olub.
Digər ölkələr
1 May , 2019 14:21
Hindistanda partlayış törədilib, 15 hərbçi ölüb

Hindistanın Məhəraştra ştatı Qadçiroli şəhəri yaxınlığında əldəqayırma partlayıcı qurğu vasitəsilə təhlükəsizlik qüvvələrinə məxsus avtomobilin havaya uşurulması nəticəsində 15 hərbçi və maşın sürücüsü həlak olub.

“Report” NDTV-yə istinadən xəbər verir ki, hərbçilər ötən gün maoçu terrorçular tərəfindən maşının yandırılmasını araşdırmaq üçün hadisə yerinə gedirmişlər.

Sözügedən hücumun qonşu Çattisgarh ştatında ötən ay keçirilən seçkilərdən sonra maoçuların törətdiyi sayca üçüncü belə hadisə olduğu bildirilir. Baş Nazir Narendra Modi “mənfur” deyə səciyyələndirdiyi bu hücumu törədənlərin belə üsullarla özlərini xilas edə bilməyəcəklərini deyib.

Elə bu gün həmin ərazidə yol tikintisində istifadə olunan bir neçə texnikanın da maoçular tərəfindən yararsız vəziyyətə gətirildiyi bildirilir. 

Son xəbərlər

Orphus sistemi