Yuxarı
    Bağlamaq

    ​Hindistanda partlayış nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb

    Hadisə zamanı daha 100 nəfər yaralanıb

    Bakı. 12 sentyabr. REPORT.AZ/ Hindistanın Dxabua şəhərində yerləşən restoranlardan birində baş verən partlayış nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

    "Report" xəbər verir ki, restorandakı qaz balonunun partlaması nəticəsində qonşuluqdakı yaşayış binası uçub.

    Hadisə nəticəsində daha 100 nəfərin yaralandığı bildirilir. Onlardan 20 nəfərinin vəziyyəti ağırdır.

    Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. Faciənin baş vermə səbəbləri araşdırılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi