Hindistanda musson yağışları nəticəsində ölənlərin sayı 569 nəfərə çatıb

Hindistanda musson yağışları nəticəsində ölənlərin sayı 569 nəfərə çatıb Bakı. 31 iyul. REPORT.AZ/ Hindistanda musson yağışları nəticəsində ölənlərin sayı artıb.
Digər ölkələr
31 İyul , 2018 00:58
Hindistanda musson yağışları nəticəsində ölənlərin sayı 569 nəfərə çatıb

Bakı. 31 iyul. REPORT.AZ/ Hindistanda musson yağışları nəticəsində ölənlərin sayı artıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, musson yağışları nəticəsində ölənlərin sayı 569 nəfərə çatıb. Ölkənin Meteorologiya İdarəsi yağıntılı havaların yaxın günlərdə də davam edəcəyini xəbər verib.

Daha əvvəl musson yağışları nəticəsində 511 nəfər öldüyü bildirilirdi. Qeyd edilirdi ki, əlverişsiz hava şəraiti ölkənin 90-dan çox bölgəsini əhatə edib, on minlərlə ev dağılıb, bir milyondan çox iri buynuzlu mal-qara boğularaq tələf olub.

Son xəbərlər

Orphus sistemi