Hindistanda mehmanxana binası uçub, 9 nəfər ölüb

Hindistanda mehmanxana binası uçub, 9 nəfər ölüb Dağıntılar altında 50 nəfərə yaxın adam qala bilər
Digər ölkələr
1 Aprel , 2018 07:54
Hindistanda mehmanxana binası uçub, 9 nəfər ölüb

Bakı. 1 aprel. REPORT.AZ/ Hindistanın İndaur şəhərində mehmanxananın uçması nəticəsində azı 9 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, qəza nəticəsində daha bir nəfər xəsarət alıb.

"Asian Age" qəzetinin yazdığına görə, dağıntılar altında təqribən 50 nəfər qala bilər.

Bəzi məlumatlara görə, binaya yüksək sürətlə avtomobil çırpıldığı ehtimal olunur. Hadisənin rəsmi səbəbləri hələ ki, açıqlanmır.

Son xəbərlər

Orphus sistemi