Hindistanda leysan 66 nəfərin ölümünə səbəb olub

Digər ölkələr
  • 16 avqust, 2023
  • 09:19
Hindistanda leysan 66 nəfərin ölümünə səbəb olub

Hindistanın şimalında leysanın səbəb olduğu dağıntılar nəticəsində azı 66 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.

Qeyd edək ki, Hindistanın şimalındakı Himçal-Pradeş və Uttarxand ştatları avqustun 13-ü və 14-də güclü yağışlara məruz qalıb. Güclü yağış torpaq sürüşməsinə və evlərin dağılmasına səbəb olub.

Meteoroloqlar avqustun 19-dək rayonda yağışlı hava şəraitinin olacağını proqnozlaşdırırlar.