Hindistanda koronavirusun daha bir yeni növü aşkar edilib   

Hindistanda koronavirusun daha bir yeni növü aşkar edilib    Koronavirusun bu yeni növü ona insanın immun sistemindən yayınmağa kömək edən “E484K” adlı mutasiya ilə xarakterizə edilir
Digər ölkələr
21 Aprel , 2021 12:23
Hindistanda koronavirusun daha bir yeni növü aşkar edilib   

Hindistanlı həkimlər ölkənin Qərbi Benqaliya ştatında koronavirusun yeni növünü aşkar ediblər.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, SARS-CoV-2 virusunun yeni ştammı “B.1.618” adlandırılır.

Koronavirusun bu yeni növü ona insanın immun sistemindən yayınmağa kömək edən “E484K” adlı mutasiya ilə xarakterizə edilir.

Bu, koronavirusun Hindistanda aşkar edilmiş ikinci ştammıdır. Birinci ştamm “B.1.617” və ya ikili mutasiya etmiş koronavirus adı ilə tanınır.

Qeyd edək ki, “E484K” mutasiyası həmçinin koronavirusun Cənubi Afrika, Braziliya və Banqladeş ştammlarında da baş verib.

Son xəbərlər

Orphus sistemi