Hindistanda koronavirusa yoluxanların sayı 52 mini keçdi

Hindistanda koronavirusa yoluxanların sayı 52 mini keçdi Hindistanda son sutkada 89 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
7 May , 2020 09:50
Hindistanda koronavirusa yoluxanların sayı 52 mini keçdi
0 : 00
0 : 00

Hindistanda son sutkada 89 nəfər koronavirusdan ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi yayıb.

Bununla da infeksiyadan ölənlərin sayı 1 783-ə çatıb. Son sutkada 3 500-dən çox insan virusa yoluxub. Ölkədə ümumilikdə 52 952 yoluxma faktı qeydə alınıb.

Son sutkada 1 084 nəfər sağalıb. Ölkə üzrə sağalanların sayı 15 266-ya yüksəlib. Hazırda 35 902 pasiyent xəstəxanalarda müalicə alır.

Hindistanın baş naziri Narendra Modi martın 25-dən tətbiq edilən özünütəcrid rejiminin müddətini mayın 17-dək uzadıb.

Son xəbərlər

Orphus sistemi