Hindistanda koronavirusa yoluxanların sayı 17 mini ötdü

Hindistanda koronavirusa yoluxanların sayı 17 mini ötdü Hindistnda ötən sutkada 1,5 min nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Digər ölkələr
20 Aprel , 2020 09:46
Hindistanda koronavirusa yoluxanların sayı 17 mini ötdü

Hindistnda ötən sutkada 1,5 min nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.

Hindistanda qeydə alınan yoluxma hallarının sayı 17 265-ə yüksəlib.

Məlumata görə, Cənubi Asiya ölkəsində indiyədək 543 nəfər COVID-19-un qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 407 000-i ötüb. Bunların 625 202 nəfəri sağalıb, 165 074 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi