Hindistanda koronavirusa yoluxanların sayı 11 milyonu keçdi

Hindistanda koronavirusa yoluxanların sayı 11 milyonu keçdi Hindistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 14 199 nəfər artaraq ümumilikdə 11 005 850 nəfərə çatıb
Digər ölkələr
22 Fevral , 2021 10:55
Hindistanda koronavirusa yoluxanların sayı 11 milyonu keçdi

Hindistanda son sutka ərzində koronavirusa yoluxanların sayı 14 199 nəfər artaraq ümumilikdə 11 005 850 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan Səhiyyə və Ailə Rifahı Nazirliyi bazar ertəsi rəsmi internet saytında məlumat yayıb.

Koronavirus infeksiyası ilə bağlı ölüm hallarının sayı isə son 24 saat ərzində 83 vahid artaraq 156 385-ə çatıb.

Nazirlik keçən həftə yoluxma sayında artım olduğunu qeyd edir. Belə ki, fevralın 15-dən 21-dək olan dövr ərzində ölkədə 100 990 yeni yoluxma hadisəsi qeydə alınıb. Bu da 77 284 yoluxma aşkar edildiyi öncəki həftədən 31% çoxdur. Yoluxmuş insanların sayında faiz nisbətində belə artım keçən ilin noyabrından bəri ilk dəfə qeydə alınıb.

Eyni zamanda, yeni infeksiyadan sağalanların sayı son gündə 9 695 nəfər artaraq ümumilikdə 10 699 410 nəfərə çatıb. Hindistanda 150 055 koronavirus xəstəsi müalicə alır.

Hindistan yoluxmuş insanların sayına görə dünyada ikinci (ABŞ-dan sonra), yeni infeksiya səbəbiylə ölüm sayında isə dördüncü (ABŞ, Braziliya və Meksikadan sonra) yerdədir.

Son xəbərlər

Orphus sistemi