Hindistanda ildırım vurmasından ölənlərin sayı 51 nəfərə çatıb

Hindistanda ildırım vurmasından ölənlərin sayı 51 nəfərə çatıb Güclü leysan yağışlarının şimşək çaxması ilə müşayiət olunduğu Hindistanın Bihar və Carkhand ştatlarında çərşənbə axşamından bəri ildırım vurmasından azı 51 nəfər ölüb.
Digər ölkələr
25 İyul , 2019 11:45
Hindistanda ildırım vurmasından ölənlərin sayı 51 nəfərə çatıb

Güclü leysan yağışlarının şimşək çaxması ilə müşayiət olunduğu Hindistanın Bihar və Carkhand ştatlarında çərşənbə axşamından bəri ildırım vurmasından azı 51 nəfər ölüb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Məlumata görə, Biharda 39, Carkhandda 12 nəfər ölüb. Bundan başqa, daha bir neçə nəfər də yaralanıb.

Rəsmilər ölənlərin və yaralananların ailələrinə maddi yardım edəcəklərini söyləyib.

Son xəbərlər

Orphus sistemi