Hindistanda iğtişaşlardan sonra internetə giriş məhdudlaşdırılıb

Hindistanda iğtişaşlardan sonra internetə giriş məhdudlaşdırılıb Hindistan hökuməti vətəndaşlıq verilməsi ilə bağlı qanununun yeni variantı ilə əlaqədar bazar ertəsinə keçən gecə baş verən iğtişaşlarla əlaqədar ölkənin şimal və şimal-şərqindəki bir sıra regionların sakinləri üçün internetə girişi məhdudlaşdırmaq qərarına gəlib.
Digər ölkələr
16 Dekabr , 2019 11:25
Hindistanda iğtişaşlardan sonra internetə giriş məhdudlaşdırılıb
AP Photo / Altaf Qadri

Hindistan hökuməti vətəndaşlıq verilməsi ilə bağlı qanununun yeni variantı ilə əlaqədar bazar ertəsinə keçən gecə baş verən iğtişaşlarla əlaqədar ölkənin şimal və şimal-şərqindəki bir sıra regionların sakinləri üçün internetə girişi məhdudlaşdırmaq qərarına gəlib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, məhdudiyyətlər Uttar Pradeş, Qərbi Benqal, Assam ştatlarına, eləcə də bir neçə gündür kütləvi etiraz aksiyalarının davam etdiyi, dünən polislə qarşıdurma ilə nəticələnən Dehli Milli paytaxt dairəsinə tətbiq edilib.

Qeyd edək ki, ötən həftənin sonunda rəsmi olaraq qüvvəyə minən vətəndaşlıq verilməsi haqqında qanuna edilən qalmaqallı düzəlişlərə görə, Cənubi Asiyanın qonşu ölkələrindən - Əfqanıstan, Pakistan və Banqladeşdən olan müsəlman immiqrantlara Hindistan vətəndaşlığının verilməsi çətinləşdiriləcək.

Qanun düzəlişlərin konstitusiyanı pozduğuna bildirən Hindistan müsəlmanlarının ciddi narazılığına səbəb olub. Eyni zamanda, Banqladeşdən gələ biləcək milyonlarla insanın onların regionunda qanuni şəkildə məskunlaşmasından çəkinən şimal-şərq ştatlarının sakinləri də narazılıqlarını bildiriblər. Etiraz aksiyalarının təşkilatçılarının fikrincə, bu, yerli əhalinin maraqlarına təhdiddir.

Son xəbərlər

Orphus sistemi