Yuxarı
    Bağlamaq

    Hindistanda terrorçuların hərbi düşərgəyə hücumu zamanı 17 hərbçi ölüb

    Atışma zamanı 4 silahlı məhv edilib

    Bakı. 18 sentyabr. REPORT.AZ/ Hindistanın Cammu və Kaşmir ştatlarında silahlı şəxslərin hərbi düşərgəyə hücumu zamanı 17 hərbçi ölüb.

    "Report" xəbər verir ki, bu barədə "ANI" agentliyi xəbər yayıb.

    Hücum yerli vaxtla saat 05:30-da baş verib. Məlumata görə, atışma zamanı 4 silahlı məhv edilib.

    Ölkənin müdafiə naziri Manohar Parrikar və ordunun baş qərargah rəisi, general Dalbir Sinqx Suxaq Kaşmir vilayətinə səfər etmək niyyətindədirlər. Qeyd edək ki, hadisə ilə əlaqədar ordunun baş qərargah rəisinin Rusiyada bu gün planlaşdırılan səfəri qeyri-müəyyən vaxtadək təxirə salınıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi