Hindistanda fabrikdə partlayış olub, çoxlu sayda ölən və yaralananlar var

Hindistanda fabrikdə partlayış olub, çoxlu sayda ölən və yaralananlar var Hindistanın Pəncab ştatının Bətala şəhərindəki pirotexniki vasitələrin istehsal olunduğu fabrikdə baş verən partlayış nəticəsində 20 nəfər ölüb.
Digər ölkələr
4 Sentyabr , 2019 18:40
Hindistanda fabrikdə partlayış olub, çoxlu sayda ölən və yaralananlar var

Hindistanın Pəncab ştatının Bətala şəhərindəki pirotexniki vasitələrin istehsal olunduğu fabrikdə baş verən partlayış nəticəsində 20 nəfər ölüb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, hazırda müəssisənin binası və yaxınlıqda bir neçə tikili dağılıb.

Hadisə nəticəsində 14 nəfər ciddi xəsarət alıb. 4 nəfər isə hadisə yerinə cəlb edilən xilasedicilər tərəfindən yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Dağıntılar altında azı 50 işçinin qaldığı ehtimal olunur. 

Qeyd edək ki, fabrikin yaşayış məntəqəsində yerləşdiyi və qanunsuz fəaliyyət göstərdiyi üçün bağlanması tələb olunsa da, yerli rəsmilərin bununla bağlı gördüyü tədbirlər nəticəsiz qalıb.

Son xəbərlər

Orphus sistemi