Hindistanda fabrikdə partlayış baş verib, 17 nəfər ölüb - YENİLƏNİB 2

Hindistanda fabrikdə partlayış baş verib, 17 nəfər ölüb - YENİLƏNİB 2 Hindistanın qərbindəki Qucarat ştatında fişəng istehsalı fabrikində partlayış olub. Baş verən yanğın nəticəsində azı yeddi nəfər həlak olub, bir neçə nəfər yaralanıb.
Digər ölkələr
1 aprel 2025 16:21
Hindistanda fabrikdə partlayış baş verib, 17 nəfər ölüb - YENİLƏNİB 2

Hindistanın Qucarat ştatında yerləşən pirotexnik vasitələrin istehsalı fabrikində baş verən partlayış nəticəsində azı 17 nəfər həlak olub, beş nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər polisə istinadən məlumat yayıb.

Bildirilib ki, partlayışı və yanğın səbəbindən anbar binasının bir hissəsi çöküb, nəticədə bir neçə nəfər dağıntılar altında qalıb.

14:55

Hindistanın Qucarat ştatında yerləşən pirotexnik vasitələrin istehsalı fabrikində baş verən partlayış nəticəsində azı 13 nəfər həlak olub.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

"Güclü partlayış zavodda təxminən saat 09:45-də baş verib və nəticədə divarlardan biri uçub", - yerli administrasiyanın nümayəndəsi Mihir Patel PTI agentliyinə bildirib.

Onun sözlərinə görə, dağıntılar altından 13 nəfərin meyiti çıxarılıb, 4 nəfər yaralanıb. Vəziyyətləri stabildir.

İlkin məlumata görə, hadisə fişəng istehsalı zamanı baş verib. Dağıntılar altında qalan insanların xilas edilməsi istiqamətində əməliyyatlar davam edir. 

13:44

Hindistanın qərbindəki Qucarat ştatında pirotexnik vasitələrin istehsalı fabrikində partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti məlumat yayıb.

Məlumata görə, baş verən yanğın nəticəsində azı yeddi nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Hadisə naməlum səbəblərdən Banaskante sənaye zonasında baş verib. İstehsalat binasının uçması nəticəsində beş işçi hadisə yerində həlak olub, daha iki nəfər xəstəxanada ölüb.

Bildirilib ki, partlayış yerində xilasetmə briqadaları işləyir.

Orphus sistemi