Hindistanda ən az gündəlik yoluxma qeydə alınıb
Digər ölkələr
- 01 iyun, 2021
- 08:29
Hindistanda ötən 24 saat ərzində koronavirusa yoluxanların sayı daha 127 510 nəfər artaraq 28 175 044 nəfərə çatıb.
“Report” bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyinə istinadən xəbər verir. Bununla da 126 789 nəfərin yoluxduğu 8 aprel tarixindən bu yana ən az gündəlik yoluxma qeydə alınıb. Artıq iki həftədir ölkədə gündəlik yoluxma sayı davamlı olaraq azalır. Hərçənd 22 aprel – 17 may tarixləri dövründə Hindistanda gündəlik yoluxma sayı 300 mindən çox, o cümlədən may ayında beş dəfə 400 min həddini keçib.
Həmçinin ötən 24 saat ərzində ölkədə koronavirusdan ölənlərin sayı 2 795 nəfər artaraq 331 895 nəfərə çatıb. Son dəfə gündəlik ölüm sayı aprelin 26-da 3 mindən az, yəni 2 771 nəfər olub, may ayında isə 12 dəfə 4 mindən çox olub.
Son xəbərlər
10:57
Azərbaycanda I yarımildə 4 milyondan artıq şəbəkə trafiki bloklanıb
İKT10:56
Buşehrdə ABŞ zərbələri nəticəsində bir neçə obyekt zədələnib
Region10:54
Şuşada bir ton çətənə kolu məhv edilib
Hadisə10:49
Bu ilin birinci yarımilində 22 552 uşağa reabilitasiya xidmətləri göstərilib
Sosial müdafiə10:48
İranda 5,2 və 5,7 maqnitudalı iki zəlzələ olub
Region10:45
Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir
Xarici siyasət10:33
Türkiyədə bələdiyyə sədri və əri saxlanılıb
Region10:26
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Maliyyə10:22