Hindistanda dünyanın ikinci ən böyük heykəli ucaldılacaq

Hindistanda dünyanın ikinci ən böyük heykəli ucaldılacaq Bakı. 4 noyabr. REPORT.AZ/ Hindistanın Uttar Pradeş ştatının hakimiyyəti dünyanın ən hündür ikinci heykəlinin Ayodhya şəhərində qəhrəman tanrı Rama ucaldılacağını elan edib.
Digər ölkələr
4 Noyabr , 2018 15:58
Hindistanda dünyanın ikinci ən böyük heykəli ucaldılacaq

Bakı. 4 noyabr. REPORT.AZ/ Hindistanın Uttar Pradeş ştatının hakimiyyəti dünyanın ən hündür ikinci heykəlinin Ayodhya şəhərində qəhrəman tanrı Rama ucaldılacağını elan edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə bazar günü NDTV telekanalı məlumat yayıb.

"Heç kim bizim Ayodhyada Ram allahına heykəl qoymağımıza mane ola bilməz. Görək kimsə buna cürət edə biləcəkmi. Ayodhya Ram allahına məxsusdur", - deyə ştatın baş nazirinin müavini Keşav Prasad Maurya bildirib.

Məlumatlara görə, heykəlin hündürlüyü 151 metr təşkil edəcək. Bu, onu dünyanın ikinci ən böyük abidəsi edəcək.

Bundan əvvəl Hindistanın qərbindəki Qucarat ştatında dünyanın ən hündür heykəli - Birlik abidəsinin təntənəli açılış mərasimi olub.

Son xəbərlər

Orphus sistemi