Hindistanda dini festival zamanı 6 nəfər ölüb

Digər ölkələr
  • 15 yanvar, 2017
  • 15:35
Hindistanda dini festival zamanı 6 nəfər ölüb

Bakı. 15 yanvar. REPORT.AZ/ Hindistanın Qərbi Benqaliya ştatında keçirilən dini festival zamanı yaranan basırıq nəticəsində ən azı 6 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri yazıb.

İnsident bazar günü axşam Qanq çayının deltasında yerləşən Saqar adasında baş verib. Bu yer hindular arasında müqəddəs hesab olunur. Burada Kapila Muni məbədi yerləşir.

44 - Tezliklə