Hindistanda daşqınlar nəticəsində 100 nəfər ölüb

Hindistanda daşqınlar nəticəsində 100 nəfər ölüb Hindistanda daşqınlar nəticəsində azı 100 sakin həlak olub, təbii hadisədən ən çox şimal-şərq Assam ştatı zərər çəkib.
Digər ölkələr
276
20 İyul , 2020 08:43
Hindistanda daşqınlar nəticəsində 100 nəfər ölüb

Hindistanda daşqınlar zamanı azı 100 sakin həlak olub, təbii hadisədən ən çox şimal-şərq Assam ştatı zərər çəkib.

"Report" xəbər verir ki, bu barədə bazar ertəsi “Daily Pioneer” qəzeti bildirib.

Assamın Təbii Fəlakətlərlə Mübarizə üzrə İdarəsinin məlumatına görə, leysan musson yağışları nəticəsində Brahmaputra çayının daşması zamanı ölənlərin sayı 85 nəfərə çatıb. Ştatın 33 dairəsinin 25-nin 3 min kəndi su axını ilə məhv olub.

Hakimiyyət orqanları müvəqqəti düşərgə yaradıb və fəlakət rayonlarından yüz minlərlə insanı həmin yerlərə təxliyə edilib.

"Arası kəsilməyən yağışlara görə Brahmaputrada suyun səviyyəsi yüksəlməyə davam edir. Vəziyyət kritik olaraq qalır, - Assamın Su Resursları naziri Keşat Mahanda bildirib.

Son xəbərlər

Orphus sistemi