Hindistanda daşqınlar nəticəsində 30-a yaxın insan ölüb

Hindistanda daşqınlar nəticəsində 30-a yaxın insan ölüb Hindistanın cənub-qərbindəki Andhra Pradeş ştatında daşqınlar nəticəsində azı 29 nəfər ölüb, 100-dən çox adam itkin düşüb.
Digər ölkələr
21 Noyabr , 2021 16:05
Hindistanda daşqınlar nəticəsində 30-a yaxın insan ölüb

Hindistanın cənub-qərbindəki Andhra Pradeş ştatında daşqınlar nəticəsində azı 29 nəfər ölüb, 100-dən çox adam itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "India TV" məlumat yayıb.

Məlumata görə, 1 316 kənd su altında qalıb. Yağıntı ehtimalının yüksək olması səbəbindən əyalət hökuməti gözləmə rejiminə keçib.

Hökumət həlak olanların yaxınlarına 500 min rupi (6,7 min ABŞ dolları) ödənəcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi