Hindistanda daşqınlar nəticəsində 17 nəfər ölüb

Hindistanda daşqınlar nəticəsində 17 nəfər ölüb Bakı. 18 iyun. REPORT.AZ/ Hindistanın şimal-qərb rayonlarında baş vermiş daşqınlar nəticəsində 17 nəfər həyatını itirib.
Digər ölkələr
18 İyun , 2018 05:19
Hindistanda daşqınlar nəticəsində 17 nəfər ölüb

Bakı. 18 iyun. REPORT.AZ/ Hindistanın şimal-qərb rayonlarında baş vermiş daşqınlar nəticəsində 17 nəfər həyatını itirib.

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən NDTV məlumat yayıb.

Telekanalın məlumatına görə, daşqın və sürüşmə Hindistanın Assam, Mizoram və Tripura ştatlarında baş verib.

Daşqınlar 22 mindən çox tikiliyə ziyan vurub. Təqribən 40 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.

Hazırda qaçqınların müvəqqəti yerləşdirilməsi üçün 189 çadır düşərgəsi salınıb.

Son xəbərlər

Orphus sistemi