Hindistanda daşqınlar 868 nəfərin ölümünə səbəb oldu

Hindistanda daşqınlar 868 nəfərin ölümünə səbəb oldu Hindistanda mussonların yaratdığı daşqınlar bu il azı 868 nəfərin ölümünə səbəb olub.
Digər ölkələr
428
17 Avqust , 2020 22:06
Hindistanda daşqınlar 868 nəfərin ölümünə səbəb oldu

Hindistanda mussonların yaratdığı daşqınlar bu il azı 868 nəfərin ölümünə səbəb olub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin fəlakətlərə qarşı mübarizə bölməsinin 12 avqust tarixində daşqın vəziyyətinə dair hesabatında 11 ştatda 868 adamın öldüyü bildirilib.

Yüz minlərlə insan isə sığınacaqlara köçürülüb. Məlumatda bu sayın keçən ilin eyni dövründə 908 nəfər olduğu qeyd edilib.

Qeyd edək ki, Cənubi Asiya regionunda hər il iyun-sentyabr aylarında musson yağışları böyük təbii fəlakətlərə səbəb olur. 

Orphus sistemi