Hindistanda COVID-19-a yoluxanların sayı 540 mini ötdü

Hindistanda COVID-19-a yoluxanların sayı 540 mini ötdü Hindistanda son sutkada daha 19 459 nəfər koronavirusa yoluxub, 380 nəfər ölüb.
Digər ölkələr
29 İyun , 2020 10:28
Hindistanda COVID-19-a yoluxanların sayı 540 mini ötdü

Hindistanda son sutkada daha 19 459 nəfər koronavirusa yoluxub, 380 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyindən bildirilib.

Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 548 318-ə, ölənlərin sayı isə 16 475 nəfərə çatıb. Eyni zamanda, yoluxanlardan 321 722 nəfər sağalıb.

Hazırda Hindistan koronavirusa yoluxanların ümumi sayına görə ABŞ, Braziliya və Rusiyadan sonra dördüncü yerdədir.

Son xəbərlər

Orphus sistemi