Hindistanda COVID-19-a yoluxanların sayı 33 mini keçdi

Hindistanda COVID-19-a yoluxanların sayı 33 mini keçdi Hindistanda son sutkada koronavirusdan 73 nəfər ölüb.
Digər ölkələr
1 May , 2020 08:25
Hindistanda COVID-19-a yoluxanların sayı 33 mini keçdi

Hindistanda son sutkada koronavirusdan 73 nəfər ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi yayıb.

Bildirilib ki, infeksiyadan ölənlərin sayı 1 147-yə çatıb. Son sutkada 2 000-dən çox insan virusa yoluxub. Bununla da yoluxanların sayı 33 050 nəfər olub.

Son sutkada 564 nəfər sağalıb. Ölkə üzrə onların sayı 8 888-ə yüksəlib. Hazırda 25 007 xəstə müalicə alır.

Hindistanın baş naziri Narendra Modi martın 25-dən tətbiq edilən özünütəcrid rejiminin müddətini mayın 3-dək uzadıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 210 ölkə və bölgədə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi