Hindistanda COVID-19-a yoluxanların sayı 20 milyona yaxınlaşır, 218 959 nəfər ölüb

Hindistanda COVID-19-a yoluxanların sayı 20 milyona yaxınlaşır, 218 959 nəfər ölüb Ekspertlər bildirirlər ki, 1,35 milyard əhalisi olan Hindistanda COVID-19 xəstələrinin sayı rəsmi rəqəmlərdə göstərildiyindən 10 dəfə artıq ola bilər
Digər ölkələr
3 May , 2021 09:47
Hindistanda COVID-19-a yoluxanların sayı 20 milyona yaxınlaşır,  218 959 nəfər ölüb

Hindistanda son sutka ərzində 367 147 koronavirus xəstəsi aşkar edilib.

“Repor” “Reuters” agentliyinə istinadən xəbər verir ki, ölkədə pandemiya başlayandan bəri COVID-19-a yoluxmuş insanların ümumi sayı 19,93 milyona çatıb.

Virus son sutka ərzində Hindistanda 3 417 nəfərin ölümünə səbəb olub. Ölkədə xəstəlik səbəbindən ümumilikdə 218 959 nəfər dünyasını dəyişib.

Lakin ekspertlər bildirirlər ki, 1,35 milyard əhalisi olan Hindistanda COVID-19 xəstələrinin sayı rəsmi rəqəmlərdə göstərildiyindən 10 dəfə artıq ola bilər.

Ölkədə xəstəxanalar tam dolub, tibbi oksigen təchizatı qurtarmaq üzrədir, morqlar və krematoriyalar isə meyitlərlə tam dolub.

Dünyanın ən böyük peyvənd istehsalçısı olmasına baxmayaraq, Hindistan özü peyvənd çatışmazlığı ilə üzləşib. Ölkə əhalisinin hələ ki, yalnız 9 faizi vaksinasiya edilib.

Son xəbərlər

Orphus sistemi