Hindistanda bir gündə 4 231 nəfər COVID19-a yoluxdu

Hindistanda bir gündə 4 231 nəfər COVID19-a yoluxdu Hindistanda son sutkada 97 nəfər koronavirusdan ölüb.
Digər ölkələr
11 May , 2020 08:53
Hindistanda bir gündə 4 231 nəfər COVID19-a yoluxdu

Hindistanda son sutkada 97 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi açıqlayıb.

Bununla da, infeksiyadan ölənlərin sayı 2 206-ya çatıb. Son sutkada 4 231-dən çox insan virusa yoluxub. Ölkədə, ümumilikdə 67 152yoluxma faktı qeydə alınıb.

Son sutkada 1 559 nəfər sağalıb. Ölkə üzrə sağalanların sayı 20 916-ya yüksəlib. Hazırda 44 029 pasiyent xəstəxanalarda müalicə alır.

Hindistanın baş naziri Narendra Modi martın 25-dən tətbiq edilən özünütəcrid rejiminin müddətini mayın 17-dək uzadıb.

Son xəbərlər

Orphus sistemi