Hindistanda bir ailənin 11 üzvü asılaraq öldürülüb

Hindistanda bir ailənin 11 üzvü asılaraq öldürülüb Bakı. 2 iyul. REPORT.AZ/ Nyu-Dehlidə bir ailənin 11 üzvü asılaraq öldürülüb.
Digər ölkələr
2 İyul , 2018 06:35
Hindistanda bir ailənin 11 üzvü asılaraq öldürülüb

Bakı. 2 iyul. REPORT.AZ/ Nyu-Dehlidə bir ailənin 11 üzvü asılaraq öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "The Indian Express" məlumat yayıb.

Polis əməkdaşlarından birinə istinadən yayılan məlumata görə, ailə üzvləri öldürülsələr də, ev qarət olunmayıb, mənzildən heç bir zinət əşyası oğurlanmayıb. "Qadınların zinət əşyaları, həmçinin mobil telefonları həmçinin itməyib", - deyə polis nümayəndəsi bildirib.

Polis 77 yaşlı qadının, onun qızlarının, iki oğlunun, onların həyat yoldaşlarının və 5 nəvənin gözləri və ağzı bağlanmış cəsədlərini aşkar edib.

Bildirilir ki, meyitlərin yanında mistik xüsusiyyətləri olan əlyazmalar aşkar edilib. İyirmi ilə yaxındır bu ərazidə yaşayan ailə kiçik bizneslə məşğul olub.

Son xəbərlər

Orphus sistemi