Yuxarı

​Hindistanda bina uçub, 5 nəfər ölüb, 30-a yaxın insan dağıntılar altında qalıb

Binada 8 ailə yaşayıb

Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Hindistanın Maharaştra ştatında üçmərtəbəli binanın uçması nəticəsində ən azı 5 nəfər ölüb, onlarla insanın dağıntılar altında qalma ehtimalı var.

"Report" xəbər verir ki, insident bazar günü səhər, Mumbayın 20 km. şimal-şərqində yerləşən Bxivandi şəhərində baş verib.

Yerli mətbuatın məlumatına görə, binada 8 ailə yaşayıb, ən azı 30 nəfərin dağıntılar altında qalma ehtimalı var. Hazırda xilasetmə işləri görülür.

Binanın qəzalı vəziyyətdə olduğu, yerli hakimiyyət orqanlarının onu yaşayış üçün təhlükəli hesab etdikləri qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi