Yuxarı
    Bağlamaq

    ​Hindistanda bazarda atışma nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb

    Hücumda 6 silahlı şəxs iştirak edib

    Bakı. 5 avqust. REPORT.AZ/ Hindistanın şimal-şərqində avtomat silah və qumbara ilə silahlanmış bir neçə şəxsin izdihamlı bazarda insanlara atəş açması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

    "Report" BBC-yə istinadən xəbər verir ki, hücumda 6 silahlı şəxs iştirak edib.

    Onlardan biri öldürülüb, digərləri polis tərəfindən təqib olunur.

    Polisin fərziyyəsinə görə, hücum edən şəxslər "Bodolanda Milli Demokratik Cəbhə" qruplaşmasının separatçıları ola bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi