Hindistanda hərbçilər səhvən kəndlilərə atəş açıb, azı 14 nəfər həlak olub

Hindistanda hərbçilər səhvən kəndlilərə atəş açıb, azı 14 nəfər həlak olub Hindistanın şimal-şərqindəki Naqaland əyalətində keçirilən hərbi əməliyyat zamanı kəndlilərin üsyançılarla səhv salınması nəticəsində azı 13 mülki şəxs və ölkənin təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub.
Digər ölkələr
253
5 Dekabr , 2021 10:00
Hindistanda hərbçilər səhvən kəndlilərə atəş açıb, azı 14 nəfər həlak olub

Hindistanın təhlükəsizlik qüvvələrinin ölkənin şimal-şərqindəki Naqaland əyalətində keçirilən hərbi əməliyyat zamanı kəndliləri üsyançılarla səhv salması nəticəsində azı 13 mülki şəxs və güc strukturlarının bir əməkdaşı həlak olub.

"Report" xəbər verir ki, bu barədə NDTV telekanalı polisdəki mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, təhlükəsizlik qüvvələri üsyançılarla mübarizə üçün əməliyyat planlaşdırıb. Lakin yaxınlıqdakı kəndin sakinlərini üsyançılarla səhv salıblar. Nəticədə hərbçilər bir neçə mülki şəxsi güllələyiblər.

Bunu görən digər kənd sakinləri də hərbçilərə hücum edib, mənbənin sözlərinə görə, hərbçilər özünümüdafiə məqsədilə atəş açıb, nəticədə daha bir neçə dinc sakin və bir əsgər həlak olub.

Hindistanın daxili işlər naziri Amit Şah özünün tviterdəki səhifəsində həlak olanların ailələrinə başsağlığı verib. Onun sözlərinə görə, dövlət komissiyası hadisə ilə bağlı hərtərəfli araşdırma aparacaq.

Son xəbərlər

Orphus sistemi