Yuxarı
    Bağlamaq

    Hindistanda 400 nəfər kimyəvi maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib

    Xəstələr çətin nəfəs alma, bədən ağrıları və başgicəllənmədən şikayət ediblər

    Bakı. 1 dekabr. REPORT.AZ/ Hindistanın Maxaraştra ştatının xəstəxanaları 400-ə  qədər insanı zəhərlənmə əlamətləri ilə müalicəyə qəbul edib. 

    "Report"-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu hadisəni çaya kimyəvi maddələrin tökülməsi ilə əlaqələndiriblər.

    Məlumata görə, xəstələr çətin nəfəsalma, bədən ağrıları və başgicəllənmədən şikayət ediblər.

    Ulxanqar şəhərinin həkimləri bildiriblər ki, zərərçəkənlər hansısa kimyəvi maddənin təsirinə məruz qalıblar.

    Sakinlərdən yerli administrasiyaya  daxil olan şikayətə əsasən, çaya naməlum yük avtomobilləri hansısa maddə atıb və bundan sonra çayın üzərində qatı duman əmələ gəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi