Hindistanda 24 mindən çox yeni yoluxma halı qeydə alınıb

Hindistanda 24 mindən çox yeni yoluxma halı qeydə alınıb Ölkədə COVID-19 xəstələrinin ümumi sayı 767 296 nəfərə çatıb
Digər ölkələr
9 İyul , 2020 11:02
Hindistanda 24 mindən çox yeni yoluxma halı qeydə alınıb

Hindistanda son sutka ərzində 24,8 min çox yeni növ koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkədə COVID-19 xəstələrinin ümumi sayı 767 296 nəfərə çatıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyindən məlumat verilib.

Son məlumatlara görə, ölkədə 269 789 nəfər müalicə alır, 476 377 nəfər sağalıb (son gündə 19 547 nəfər), 21 129 nəfər (son gündə 487) isə ölüb.

Qeyd edək ki, Hindistan koronavirusa yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Son xəbərlər

Orphus sistemi