Hindistan XİN: Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik

Hindistan XİN: Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.
Digər ölkələr
25 Aprel , 2024 16:40
Hindistan XİN: Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randxir Caysval Hindistanın Ermənistana silah tədarükü məsələsinə münasibət bildirərkən deyib.

“Bizim həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətlərimiz var, lakin Hindistan müdafiə ixracını təşviq etmək siyasəti də yürüdür”, - o vurğulayıb.

Xatırladaq ki, Hindistanın ANI agentliyinin məlumatına görə, Ermənistan Hindistandan ümumilikdə 600 milyon dollar dəyərində 15 ədəd “Akaş” hava hücumundan müdafiə sistemi alıb.

Son xəbərlər

Orphus sistemi