Yuxarı
    Bağlamaq

    ​Hindistan şirlərinin populyasiyası 27% artıb

    Onların sayı 5 il ərzində 411-dən 523-ə qədər çoxalıb

    Bakı. 13 may. REPORT.AZ/ Hindistanda beş il ərzində şirlərin populyasiyası 27% artıb.

    "Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Qucarat ştatının baş naziri Anandiben Patel bu yaxınlarda yırtıcıların sayının qeydə alınması üzrə aparılan tədbirlərin yekunlarına əsasən məlumat verib.

    Nazir bildirib ki, onların sayı 2010-cu ildə qeydə alınan 411 rəqəmindən 2015-ci ildə 523 rəqəminə qədər artıb.

    Hind şirləri, əsasən Qucaratın Qirsk meşəsi qoruğunda yaşayırlar.

    Əvvəllər Cənubi Avrasiya ərazisinin hər yerində yaşayan bu şirlərin populyasiyası XX əsrin əvvəllərində, əsasən onların ovlanması və quraqlıq səbəbindən kəskin aşağı düşüb.

    XX əsrdə şirlərin ovlanmasına qoyulan qadağa və onların qorunması üzrə görülən digər tədbirlər sayəsində hind şirlərinin sayı əhəmiyyətli dərəcədə artıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi