Hindistan sahillərində güclü zəlzələ baş verib

Hindistan sahillərində güclü zəlzələ baş verib Dağıntı və tələfat barədə məlumat yoxdur
Digər ölkələr
25 Yanvar , 2018 07:43
Hindistan sahillərində güclü zəlzələ baş verib

Bakı. 25 yanvar. REPORT.AZ/ Hind okeanının Hindistanın şərq sahilləri yaxınlığında 5,9 maqnitudalı zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Mohean adasından 172 km aralıda qeydə alınıb. Onun ocağı yerin 10 km dərinliyində yerləşib.

Mümkün dağıntı və tələfat barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi