Hindistan “RudraM-II” “hava-yer” raketini sınaqdan keçirib

Hindistan “RudraM-II” “hava-yer” raketini sınaqdan keçirib Hindistan Hərbi Hava Qüvvələri yerli istehsal olan “hava-yer” tipli “RudraM-II” raketini uğurla sınaqdan keçirib.
Digər ölkələr
29 May , 2024 23:44
Hindistan “RudraM-II” “hava-yer” raketini sınaqdan keçirib

Hindistan Hərbi Hava Qüvvələri yerli istehsal olan “hava-yer” tipli “RudraM-II” raketini uğurla sınaqdan keçirib.

“Report” xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, raket ölkənin şərqindəki Odişa ştatı sahillərindəki Çandipur poliqonunda “Su-30MKI” çoxfunksiyalı qırıcıdan buraxılıb.

“RudraM-II” 350 km mənzilli yeni nəsil bərk yanacaq raketidir. Düşmənin hava hücumundan müdafiə sistemlərini sıxışdırmaq və yerüstü idarəetmə və rabitə postlarını məhv etmək üçün nəzərdə tutulub. Hazırda 500 km mənzilli “RudraM-III” raketi hazırlanma mərhələsindədir.

Son xəbərlər

Orphus sistemi