Hindistan Nepalda zəlzələdən zərər çəkmiş xarici vətəndaşlara pulsuz vizalar verəcək

Hindistan Nepalda zəlzələdən zərər çəkmiş xarici vətəndaşlara pulsuz vizalar verəcək "Biz Nepaldan Hindistana getmək istəyən şəxslərə pulsuz viza vermək qərarını almışıq"
Digər ölkələr
27 Aprel , 2015 17:03
Hindistan Nepalda zəlzələdən zərər çəkmiş xarici vətəndaşlara pulsuz vizalar verəcək

Bakı. 27 aprel. REPORT. AZ/ Hindistan Nepalda zəlzələdən zərər çəkmiş və ya fəlakət zonasında qalan xarici vətəndaşlara pulsuz vizalar verəcək. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Racnatx Sinqx parlamentdə çıxışı zaman bildirib. 

"Biz Nepaldan Hindistana getmək istəyən şəxslərə pulsuz viza vermək qərarını almışıq", - o vurğulayıb. 

Nepalda 7,9 bal gücündə zəlzələ aprelin 25-də baş verib. Yeraltı təkanlar həmçinin Hindistanın paytaxtında və onun şərq, şimal və şimal-şərq regionlarında hiss olunub. Burada 60 nəfərdən artıq insan həlak olub və daha 250 nəfər yaralanıb.Təkanlar həmçinin Myanma, Banqladeş və Çinin Tibet muxtar rayonunda hiss olunub. Nepalın Daxili İşlər Nazirliyindən bildiriblər ki, zəlzələ nəticəsində 3729 nəfər ölüb və 6944 nəfər xəsarət alıb. 

Azərbaycan XİN-in məlumatına görə, hazırda Nepalda 14 Azərbaycan vətəndaşı var. 

Son xəbərlər

Orphus sistemi