Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb - YENİLƏNİB 3

Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb - YENİLƏNİB 3 Hindistan-Nepal sərhədində 6 maqnitudalı zəlzələ qeydə alınıb.
Digər ölkələr
4 Noyabr , 2023 17:49
Nepalda zəlzələ nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb - YENİLƏNİB 3

Nepalda baş verən zəlzələ nəticəsində azı 157 nəfər ölüb.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Bildirilib ki, təbii fəlakət nəticəsində 170 nəfər yaralanıb.

Nepalın Baş naziri Puşpa Kamal Dahal 105 nəfərin həlak olduğu Cayarkot regionuna səfər edib. Səfərdən sonra Baş nazir bütün siyasi partiyaları, eləcə də ictimai təşkilatları zərər çəkmiş rayonların sakinlərinə kömək etməyə çağırıb.

06:18

Nepalda zəlzələ nəticəsində azı 128 nəfər həlak olub, mindən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, hazırda fəlakət bölgəsində axtarış-xilasetmə işləri aparılır.

Xatırladaq ki, Hindistan – Nepal sərhədində 6 maqnitudalı zəlzələ olub.

02:31

Nepalda zəlzələ nəticəsində azı 37 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə “India Today” telekanalı məlumat yayıb.

Eyni zamanda, “Reuters” agentliyi bildirib ki, təbii fəlakət sonucunda onlarla insan xəsarət alıb.

Xatırladaq ki, Hindistan – Nepal sərhədində 6 maqnitudalı zəlzələ olub.

23:07

Hindistan-Nepal sərhədində 6 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.

“Reuters”in şahidlərə istinadən verdiyi məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 maqnitudada qiymətləndirib.

İngilis versiyası Nepal quake deaths reach 157

Son xəbərlər

Orphus sistemi