Hindistan COVID-19-a yoluxmaların sayına görə anti-rekordunu yenilədi

Hindistan COVID-19-a yoluxmaların sayına görə anti-rekordunu yenilədi Səhiyyə nazirliyinin son məlumatlarına görə, ölkədə ümumilikdə 18,7 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb
Digər ölkələr
30 Aprel , 2021 09:55
Hindistan COVID-19-a yoluxmaların sayına görə anti-rekordunu yenilədi

Hindistanda sutka ərzində 386 452 nəfərdə koronavirus aşkar edilib. Bu, pandemiyanın başlanğıcından bəri ölkədə ən yüksək göstəricidir.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyi məlumat yayıb.

Hindistan koronavirusa yolxumaların sayına görə dünyada ikinci yerdədir. Səhiyyə nazirliyinin son məlumatlarına görə, ölkədə ümumilikdə 18,7 milyondan çox COVID-19 xəstəsi qeydə alınıb, 15,3 milyondan çox xəstə sağalıb, 208 min insan koronavirus və yanaşı xəstəliklərdən ölüb.

Eyni zamanda, Hindistanda 152 milyondan çox insan koronavirus əleyhinə vaksinasiya edilib.

Son xəbərlər

Orphus sistemi