Bakı. 23 dekabr. REPORT.AZ/ Hindistanın şimalında - Uttar-Pradeş ştatında anomal soyuqlar nəticəsində 31 nəfər ölüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, temperatur aşağı düşdüyündən güclü duman əmələ gəlib və 150-dən artıq dəmiryol, bəzi istiqamətlərə uçan təyyarə reysləri təxirə salınıb. Nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Yerli hakimiyyət dekabrın 28-dək məktəbləri bağlayıb.
Sinoptiklər bölgədə belə hava şəraitinin daha bir neçə gün davam edəcəyini bildiriblər.