Hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub

Hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub Hind aktyoru və Bollivudunun ulduzu Amitabx Baççan bildirib ki, koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
1952
11 İyul , 2020 22:28
Hind aktyoru Amitabx Baççan koronavirusa yoluxub

Hind aktyoru və Bollivud ulduzu Amitabx Baççan bildirib ki, koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə aktyor özünün “Twitter”dəki səhifəsində yazıb.

"Mənim COVID-19-la bağlı testimin nəticəsi müsbət oldu. Məni xəstəxanaya apardılar, ailəm və işçilərim yoxlamadan keçdi, nəticələri gözləyirlər", - deyə aktyor “Twitter”də yazıb.

Aktyor həmçinin son 10 gündə onunla yaxın təmasda olanlardan koronavirus testindən keçmələrini xahiş edib.

Baççan Hindistanın bir çox filmlərdə çəkilmiş ən məşhur aktyorlarından biridir. O, ayrı-ayrı filmlərdə yaratdığı uğurlu obrazlara və rollara görə dəfələrlə yüksək mükafatlara layiq görülüb.