Yuxarı

Heydər Camal Almatıda dəfn olunacaq

Jurnalist Maksim Şevçenko: Heydər Camal müalicə aldığı Almatı şəhərində vəfat edib

Bakı. 5 dekabr. REPORT.AZ/ Rusiya İslam Komitəsinin sədri, əslən azərbaycanlı din xadimi və ilahiyyatçı filosof Heydər Camal Almatıda dəfn olunacaq.

"Report" xəbər verir ki, bu barədə "Qovorit Moskva" radiostansiyasına müsahibəsində jurnalist Maksim Şevçenko bildirib.

O qeyd edib ki, H.Camal müalicə aldığı Almatı şəhərində vəfat edib: "Çox güman ki, o, Almatıda dəfn olunacaq". 

Qeyd edək ki, Heydər Camal 1947-ci il noyabrın 6-da Moskvada anadan olub. 1995-ci ildə Rusiya İslam Komitəsi Regionlararası ictimai təşkilatını yaradıb və ona rəhbərlik edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi