Yuxarı

Hesabat: Əfqanıstanda 354 ABŞ hərbçisi, 68 min dinc sakin həlak olub

Bu müddətdə müharibə 3 dövlətə birlikdə 4,4 trilyon dollar ziyan vurub

Bakı. 2 iyun. REPORT.AZ/ 2001-ci ildən 2014-cü ilədək Əfqanıstan, Pakistan və İraqda 354 minə yaxın insan silahlı qarşıdurma və terror aktlarının qurbanı olub.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Braun Unversiteti "Uotson" Beynəlxalq Araşdırma İnstitutunun "Müharibənin qiyməti" ("Costs of War") adlı hesabatında bildirilib. Məlumatlar 2001-ci ilin oktyabrından 2014-cü ilin aprelinədək olan dövrü əhatə edib.

Hesabata görə, 13 il ərzində Əfqanıstanda 354 ABŞ hərbçisi ölüb.

2001-2014-cü illərdə Əfqanıstanda 68 min, Pakistanda 82 min, İraqda isə 204 min insan silahlı qarşıdurmanın qurbanı olub.

Bu müddətdə həmin üç ölkənin ərazisində ümumilikdə 6 802 nəfər, digər dövlətlərdə isə 1 432 nəfər ABŞ əsgəri həlak olub.

Son 14 ildə Əfqanıstanda 23 min, Pakistanda 50 min, İraqda isə 147 min dinc sakin müharibə və terror nəticəsində həyatını itirib.

Hesabat dövründə 344 jurnalist və humanitar təşkilatların 438 üzvü vəzifələrini icra edərkən həlak olub. Jurnalistlərin çoxu İraqda, humanitar təşkilatların əməkdaşlarının çoxu isə Əfqanıstanda ölüb.

Hesabatda bildirilib ki, müharibə Əfqanıstan, Pakistan və İraqın səhiyyə və təhsil sahələrinə ciddi zərbə vurub.

13 illik müharibə 3 dövlətə 4,4 trilyon dollar ziyan vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi